Ermənistan "Konyak"dan imtina etdi - 3 milyonluq müqavilə
10-06-2021, 13:54
Ermənistan "Konyak" adından imtina etdi.
Bizimxeber.az "Ria Novosti"yə istinadən bildirir ki, Ermənistan hökuməti ötən gün Aİ-ilə "Konyak" nın erməni alkoqollu məhsulu kimi tanınmasından imtina prosesi çərçivəsində İrəvana 3 milyon avro verilməsini nəzərdə tutan maliyyə razılaşmasını imzalayıb.
Qeyd olunur ki, müqavilədə nəzərdə tutulan proqram Aİ büdcəsindən maliyyələşdirilir. Ümumi dəyəri - 3 milyon avro olan razılaşmaya görə, Aİ erməni konyakı üçün yeni ad hazırlayacaq, onun daxili və xarici bazarlarda reklamını və marketinqini təşkil edəcək.
Məlumat üçün bildirək ki, Ermənilər uzun illərdir ən yaxşı konyakın onlara məxsus olduğunu dünyaya sırımağa çalışırdı. Bu məsələ uzun illərdir müzakirə predmeti idi və son razılaşmaya görə, Ermənistan bundan sonra dünya bazarına "Konyak" adı altında spirtli içki sata bilməyəcək.