Ter-Petrosyan: Seçkilər nəticəsində Ermənistanı da itirə bilərik

19-06-2021, 00:09           
Ter-Petrosyan: Seçkilər nəticəsində Ermənistanı da itirə bilərik
Seçkilərdən sonra Ermənistanda qarşıdurmaların olacağı istisna deyil. Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, seçkilər nəticəsində Ermənistanı da itirə bilərik.

Teref.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, seçkilərdəki qarşıdurma fiziki qarşıdurmaya çevrilmirsə, yaxşıdır. Ancaq hər iki tərəf nəsə edəcək. Artıq mitinqlərə start verilib, niyyətləri aydındır.

Ter-Petrosyan, ölkənin bu yolu tutacağı təqdirdə bir ildə ikinci məğlubiyyət olacağını vurğulayıb: “Bu seçkilərdə hansı qüvvələrin iştirak etdiyini, nə demək istədiklərini görürük. Bir-birilərinə qarşı müharibə elan ediblər. Hər hansı bir oyunun olacağı gözlənilir. Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, Qarabağı müharibə nəticəsində itirmiş olsaq da, seçkilər nəticəsində Ermənistanı itirə bilərik. Şişirtmirəm. Vətəndaş toqquşmaları belə olacaq”.

Qeyd edək ki, Ermənistanda iyun ayının 20-də parlament seçkilərinin keçirilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru