ABŞ qoşunlarının bir hissəsini Yaxın Şərqdən çıxarır

19-06-2021, 10:45           
ABŞ qoşunlarının bir hissəsini Yaxın Şərqdən çıxarır
Rəsmi Vaşinqton Amerika silahlı qüvvələrinin Yaxın Şərq ərazisindən çıxarılmasına başlayıb.

“Report”un məlumatına görə, bu barədə Amerika Prezidenti Administrasiyasındakı mənbələrə istinadən “Wall Street Journal” nəşri bildirib.

Qəzetin mənbələri bildiriblər ki, Pentaqon "Patriot" raket komplekslərinin səkkiz batareyasını İraq, Küveyt, İordaniya, həmçinin Səudiyyə Ərəbistanından çıxarır.

Bu halda Səudiyyə Ərəbistanından raket əleyhinə THAAD sistemi çıxarılır, reaktiv qırıcıların eskadrilyalarının sayı azaldılır.

Güman edilir ki, daha əvvəl bu sistemlərdə xidmət edən yüzlərlə hərbçi Birləşmiş Ştatlara qayıdacaq.

Mənbələrdən biri qeyd edib ki, regionda hərbi mövcudluğa yenidən baxılması ABŞ prezidenti Cozef Bayden administrasiyasının qüvvələri Rusiya və Koreya Xalq Demokratik Respublikasından olan çağırışlara cəmləmək istəyi ilə şərtlənir.

Başqa məlumatlara görə, qoşunların Yaxın Şərqdən çıxarılması regionun daha çox ənənəvi mühafizə səviyyəsinə qayıdışına şahidlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru