Rövşən Lənkəranski “Ərdoğanın adamı” və “düşmən” elan olundu
24-02-2016, 21:18
Rusiya kriminal aləminin slavyan qruplaşmasından azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskiyə ciddi zərbə dəyib. Sankt-Peterburq qruplaşması 38 yaşlı “qanuni oğru” Serqo Çoçxalaşvilinin səlahiyyətlərini əlindən alıb. Kriminal aləmdə böyük nüfuzu olan 38 yaşlı “oğru”nun “tac”ının alınması barədə qərarı Sankt-Peterburqdan olan kriminal “generallar” verib. Onlardan heç biri Serqonu “qanuni oğru” kimi tanımadığını bəyan edib və beləliklə də titul ləğv olunub. Bu isə təkcə onun özünə yox, həm də “qanuni oğru” Rövşən Lənkəranskiyə ağır zərbədir. Serqonun “taclandırlmasına” ilk yaşıl işığı Rövşən Lənkəranski yandırıb. Çuradze ilə bərabər Türkiyədə Serqonun “taclandırıldığı” toplantının təşəbbüskarı olan Rövşən Lənkəranski də beləliklə növbəti dəfə təzyiqə məruz qalıb. Rusiya və Türkiyə arasında gərginlikdən sonra bu ölkədə yaşayan bütün “qanuni oğru”ların Ərdoğanın adamları hesab edilərək qeyri-rəsmi qaydada “Rusiyanın düşməni” elan olunub.