“Fitch” neftin qiyməti üzrə proqnozu22% azaltdı

24-02-2016, 22:34           
“Fitch” neftin qiyməti üzrə proqnozu22% azaltdı
"Fitch" Beynəlxalq Reytinq Agentliyi 2016-cı il üçün neftin qiymətinin proqnozunu 22,2% – bir barel üçün 45 dollardan 35 dollara qədər azaldıb.

teref.aznun trend-ə istinadən yaydığı məlumata görə, bu barədə Fitch-in açıqlamasında bildirilir.

Agentliyin yeni ssenarisinə əsasən, bu il "Brent" və WTI neft markalarının orta qiyməti 35 dollar səviyyəsində olacaq.

Belə proqnozun səbəblərini açıqlayan "Fitch" qışın isti keçməsini və bunun nəticəsi olaraq yanacaq ehtiyatlarının çoxalmasını, OPEK ölkələri tərəfindən yanvar ayında hasilatın artırılmasını qeyd edir.
Bundan başqa, qlobal iqtisadi artım üzrə proqnozların pisləşməsi də səbəb kimi göstərilir.

Fitch-in stress (bədbin) proqnozuna əsasən, 2016-cı ildə neftin bareli orta hesabla 25 dollar olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.