ABŞ-ın “B” planı işə düşür:Suriya parçalanır

24-02-2016, 22:36           

ABŞ-ın Suriyanın taleyilə bağlı “B” planı məlum oldu. Bu, ölkənin bir neçə yerə bölünməsidir.

Strateq.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Con Kerri bunu ölkə senatında çıxışı zamanı açıq şəkildə etiraf edib.

Senatın xarici əlaqələr komitəsində çıxış edən Kerri senatorlara Rusiyayla əldə etdikləri atəşkəs sazişi barədə məlumat verib. Rusiyanın bu sazişə nə qədər əməl edəcəyi barədə suallara dəqiq cavab verə bilməyən dövlət katibi atəşkəs təmin olunmayacağı təqdirdə, ABŞ-ın “B” planının işə düşəcəyini deyib: “Bu proses daha artıq davam edərsə, Suriyanı vahid ölkə kimi qoruyub saxlamaq mümkün olmayacaq. Rusiyada bu bu ehtimal indidən müzakirə olunur”.

Kerrinin aspektində Suriya məsələsinə nəzər salsaq, “B” variantının həyata keçirilməsindən başqa heç bir yolun qalmadığını görə bilərik. Ən azı ona görə ki, ABŞ-la Rusiya arasında əldə olunan razışlaşmanın adı atəşkəs sazişi olsa da, əslində “atəşə davam” barədə əhdnaməyə daha çox oxşayır. Belə ki, sazişdə nəzərdə tutulan müddəaların İŞİD və Nüsra cəbhəsinə şamil edilməyəcəyi açıq bəyan olunub. Rusiya isə ilk gündən bu iki qruplaşmasını hədəfə aldığını deyib, “mülayim müxalifəti” zərərsizləşdirməklə məşğuldur.

Faktiki olaraq, Rusiya və müttəfiqlərinə istədiyi qüvvəni bomba və raket yağmuruna tutmaq icazəsi verən sazişlə isə Türkiyə və Səudiyyə Ərəbistanı razılaşmaq istəmir. Türkiyə prezidenti bu gün çıxış edərək bildirib ki, əgər İŞİD sazişin əhatə dairəsindən kənarda tutulursa, onda razılıq aktı PYD və YPG-yə də şamil olunmamalıdır və insafən, haqsız da deyil. Çünki Rusiyanın məhv etdiyi müxalifətdən boşalan yerlərə kürd separatçıları yiyələnir və bu da Türkiyənin ərazi bütövlüyü üçün əsl təhdidə çevrilir.

Tərəflərin bəyanı Suriyada atəşin dayanmayacağından xəbər verir. Deməli, Kerrinin məntiqiylə “B” planı da qaçınılmaz olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.