Netanyahu dövlət sənədlərini məhv edib? - Təfərrüat

21-06-2021, 00:06           
Netanyahu dövlət sənədlərini məhv edib? - Təfərrüat
İsrailin Baş nazir ofisindəki rəsmiləri Benyamin Netanyahunun səlahiyyətlərini Naftali Bennettə vermədən əvvəl heyətinə sənədləri məhv etməsini əmr etdiyi iddialarını araşdırır.

KONKRET.az xəbər verir ki, “Haaretz” qəzetinin yazdığına görə, bu rəsmi istintaq yox, iddiaların ilkin yoxlanışı olacaq.

Zəruri olacağı halda isə Müdafiə Nazirliyi və ya “Shin Bet” Daxili Təhlükəsizlik Xidmətinin nəzarəti altında rəsmi araşdırma başlayacaq.

Qeyd olunur ki, ötən həftə Netanyahunun köməkçiləri seyflərdə saxlanılan bəzi sənədləri sabiq baş nazirin göstərişi ilə məhv edib. Netanyahunun Likud partiyası bu iddiaları “absurd” olduğunu və bütün sənədlərin rəqəmsal şəkildə qorunub saxlanıldığını bildirərək rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru