İsrailin XİN rəhbəri tarixdə ilk dəfə BƏƏ-yə səfər edəcək

22-06-2021, 00:04           
İsrailin XİN rəhbəri tarixdə ilk dəfə BƏƏ-yə səfər edəcək
İsrailin Xarici işlər naziri Yair Lapidin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iyunun 29-30-da baş tutacaq.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, bu, tarixdə ilk belə səfər olacaq.

Səfər çərçivəsində Y.Lapid BƏƏ-nin baş diplomatı şeyx Abdullah bin Zaid Əl-Nahayyan ilə görüşəcək. Həmçinin o, İsrailin BƏƏ-dəki səfirliyinin və Dubaydakı baş konsulluğunun açılışlarında iştirak edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.