Emmanuel Makronla görüşən məşhur qadının açıq geyimi tənqidə məruz qaldı

23-06-2021, 07:21           
Emmanuel Makronla görüşən məşhur qadının açıq geyimi tənqidə məruz qaldı
Sosial şəbəkələrdə Fransa prezidenti Emmanuel Makronla görüşmüş Kanada müğənnisi Castin Biberin xanımı Xeylinin açıq geyimi ciddi tənqidlərə məruz qalıb.

“Report” xəbər verir ki, hər şey "Yummy" hitinin ifaçısının Parisdə Makronun iqamətgahına - Yelisey sarayına səfərindən sonra prezidentlə ailəvi fotosunu fotosunu instaqramdakı hesabında paylaşmasından sonra başlayıb. O, fotoda xanımını qucaqlayaraq, Fransa prezidenti və həmin ölkənin birinci xanımı ilə dayanıb.

Fotoda Xeylidən başqa hamı kostyum geyinib. Model nədənsə rəsmi görüş üçün qeyri-adi olan paltar seçib.

Sosial şəbəkə istifadəçilərinin fikrincə, Xeyli Biber sanki gecə klubundan çıxmış kimi görünür. Onlar bildiriblər ki, dövlət başçısı ilə görüşə başqa geyimdə getmək lazım idi.

Hazırda Parisdə istirahətdən zövq alan məşhur ər-arvad mənfi rəylərə reaksiya verməyib.

BFMTV-nın məlumatına görə, Castin Biber özü Emmanuel Makrondan gənclərlə bağlı bəzi məsələləri müzakirə etmək üçün görüşməyi xahiş edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.