Milyonlarla Clubhouse istifadəçisinin məlumatları şəbəkəyə sızıb

26-07-2021, 07:58           
Milyonlarla Clubhouse istifadəçisinin məlumatları şəbəkəyə sızıb
Ekspertin fikrincə, internet şəbəkəsində olanlar yalnız Clubhouse-da qeydiyyatda olanların deyil, həm də onların telefonlarında olan şəxslərin nömrələridir.

Hakerlər internet platformalarından birində Clubhouse sosial şəbəkəsinin istifadəçilərinin təxminən 4 milyard telefon nömrəsinin satılması barədə status yerləşdiriblər. Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Mark Ryuf özünün tvitter-akkauntunda məlumat verib.

Forumdakı paylaşımlarındakı cinayətkarlar bəyan ediblər ki, sentyabrın 4-dək olan bütün məlumatları satmaq fikrindədirlər və "bir ciddi alıcı axtarırlar". Dediklərini təsdiqləmək üçün onlar 83 milyon nömrəni dərc ediblər.

Ryufun fikrincə, şəbəkədə olanlar yalnız Clubhouse-da qeydiyyatda olanların deyil, həm də onların telefonlarında olan şəxslərin nömrələridir. "Çox yəqin ki, Clubhouse da olmasanız da, sizin nömrəniz də oradadır", - o qeyd edib.

Daha öncə kibertəhlükəsizlik sahəsindəki ekspertlər məlumatlarınızın sızması halında parolları dəyişməyi, ikifaktorlu təsdiqləmədən istifadə etməyi, həmçinin şəxsi məlumatı ümumi bazadan pozmağı tələb etməyi məsləhət görüblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.