ABŞ Konqresi Azərbaycana qarşı yeni düzəliş qəbul edə bilər
26-07-2021, 12:53
ABŞ Konqresi Azərbaycana qarşı yeni düzəliş qəbul edə bilər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ermənipərəst konqresmen Frenk Pallone 2022-ci il maliyyə ili üçün xarici ölkələrə ayırlacaq yardımla bağlı HR4373 qanununa düzəlişlər təklif edir.
Azərbaycana qarşı yönəlmiş düzəliş Azərbaycana hərbi yardımın azaldılmasını, Ermənistan isə yardımın 3 milyon dollar artırılmasını nəzərdə tutur.
Nümayəndələr Palatasında düzəlişlə bağlı səsvermənin iyulun 28-də keçirilməsi ehtimal olunur.