“Putinlə görüşəndə anladım ki, ciddi problemlə üzləşib” - Bayden

28-07-2021, 11:56           
“Putinlə görüşəndə anladım ki, ciddi problemlə üzləşib” - Bayden
“Putin ciddi problemlərlə üzləşdiyini bilir və bu, onu daha təhlükəli edir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Amerika lideri Rusiya Prezidenti Vladimir Putinin nüvə silahları və neft gəlirlərindən başqa bir şeyi olmayan bir iqtisadiyyatın üstündə oturduğunu və ciddi problemlərlə üzləşdiyini bildiyini söyləyib.

“Putinlə danışanda ciddi probleminin olduğunu anladım. O, nüvə silahı və neft gəlirlərindən başqa bir şeyi olmayan bir iqtisadiyyatın üstündə oturub. Başqa heç nəyi yoxdur. Ciddi problemlə üzləşdiyini bilir və bu da onu düşündürür, daha təhlükəli edir”, - Bayden bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.