Almaniya kansleri Angela Merkel Əfqanıstandakı vəziyyətlə əlaqədar İsrailə səfərini ləğv edib. Azvision.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. “Tərəflər kanslerin daha sonra səfər edəcəyi barədə razılığa gəliblər”, - açıqlamada deyilir.
Almaniya kansleri Angela Merkel 28-30 avqust tarixlərində İsrailə səfəri zamanı ölkə rəhbərliyi ilə görüşməyi planlaşdırırdı.