Pakistan: 90-cı illərin səhvi təkrarlanmamalıdır!

30-08-2021, 09:49           
Pakistan: 90-cı illərin səhvi təkrarlanmamalıdır!
Qərb ölkələri ötən əsrin 90-cı illərində Əfqanıstanda buraxdığı səhvləri təkrarlamamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Pakistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Muid Yusif deyib.

O bildirib ki, Əfqanıstan beynəlxalq ictimaiyyətin dəstəyindən məhrum olarsa, bütün regiona terrorizmin yayılması qaçılmaz olacaq:

“Əfqanıstanda hərtərəfli hökumətin qurulması sülhün bərqərar olması üçün yeganə yoldur. Dünya birliyi Əfqanıstana iqtisadi dəstək göstərməyi də unutmamalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru