Avropada qazın qiyməti 600 dolları keçib

30-08-2021, 21:04           
Avropada qazın qiyməti 600 dolları keçib
Avropada qazın qiyməti bazar ertəsi keçirilən ticarət zamanı min kubmetr üçün 600 ABŞ dolları və ya bir MVt/ssat üçün 49,26 avro həddini keçib.

“Report” xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları göstərir.

Ötən həftə qazın hər min kubmetri təxminən 580 ABŞ dollarına bərabər olub. Ancaq bir neçə gün ərzində onun dəyəri təxminən 100 ABŞ dolları həcmində azalmışdı. Buna “Şimal axını-2” ilə qaz tədarükünün başladığı, daha sonra isə “Qazprom” şirkətinin artıq 2021-ci ildə “Şimal axını-2” vasitəsilə 5,6 milyard kubmetr qaz tədarük edə biləcəyi ilə bağlı yalan xəbərlər səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru