Bayden Zelenski ilə görüşüb

2-09-2021, 07:08           
Bayden Zelenski ilə görüşüb
ABŞ prezidenti Co Bayden bu ölkədə rəsmi səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Ağ Evdə keçirilən görüşdə ABŞ dövlət başçısı Rusiyanın aqressiv davranışı qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.

Görüşdən öncə Bayden Oval Kabinetdə jurnalistlərin qarşısına çıxıb. O, Ukraynanın müstəqilliyinin 30-cu ildönümünü qeyd edərkən ABŞ-la münasibətlərin önəmli bir nöqtədə olduğunu bəyan edib.

Həmçinin, Bayden Zelenski ilə Ukraynanın Avropaya daha sıx inteqrasiya olunması üçün demokratik islahatları davam etməsini və 60 milyon dollarlıq təhlükəsizlik paketini müzakirə edəcəklərini bildirib.

Prezidentlərin görüşü iki saatdan artıq davam edib.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru