Çin dünya ölkələrinə bir milyard doza vaksin göndərib

4-09-2021, 09:18           
Çin dünya ölkələrinə bir milyard doza vaksin göndərib
Çin hökuməti dünya ölkələrinə koronavirusa qarşı bir milyard doza vaksin göndərib.

Bunu ölkənin Səhiyyyə və Gigiyena üzrə Dövlət Komitəsinin sədri Çjen Çjunvey bildirib.

Onun sözlərinə görə, Çin ilin sonunadək digər ölkələrə tədarük olunan vaksin həcmini iki milyard dozaya çatdırmağı planlaşdırır.

Komitə sədri qeyd edib ki, təkcə bu il Çində toplam 5 milyard doza müxtəlif markalı COVID peyvəndləri istehsal olunub.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.