ABŞ səhiyyə işçiləri: “Hələlik yalnız “Pfizer” peyvəndinin “gücləndirici” dozaları tövsiyə edilə bilər”

5-09-2021, 09:30           
ABŞ səhiyyə işçiləri:
ABŞ səhiyyə işçiləri Ağ Evi koronavirusa qarşı yenidən peyvənd edilməsini dayandırmağa çağırıb.

Ölkənin Qida və Dərman İdarəsinin (FDA) və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) nümayəndələri ABŞ Prezidenti Co Baydenin administrasiyasına koronavirus peyvəndinə əlavə, “gücləndirici” dozalar tətbiq etmək planlarını bu ayın sonunda təkrar vaksinasiya üçün məlumatların olmaması səbəbindən təxirə salmağı tövsiyə edir.

Rəsmilərə görə, hələlik yalnız “Pfizer” peyvəndinin təkrar dozaları tövsiyə edilə bilər.

Qeyd edək ki, ABŞ-da koronavirusa qarşı “Moderna” və “Johnson&Johnson” peyvəndi də tətbiq edilir.

Mənbə: “New York Times”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru