Kosmik Stansiyada çatlar yarandı

5-09-2021, 09:36           
Kosmik Stansiyada çatlar yarandı
Beynəlxalq Kosmik Stansiya köhnəlmiş avadanlıqlara görə təmiredilməz problemlərlə üzləşə bilər.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Kosmik Stansiyanın Rusiya bölməsinin aparıcı şirkəti sayılan “Energia”nın baş mühəndisi Vladimir Solovyov deyib.

O bildirib ki, stansiyanın səthində kiçik çatlar da aşkarlanıb:

“Bu çatlar Rusiyanın stansiyadakı ən köhnə karqo modulu olan “Zarya”da tapılıb. Bu da müəyyən vaxtdan sonra problemlər yarada bilər. 1998-ci ildə orbitə buraxılan modul bir müddət sonra anbar olaraq istifadə edilib. Bundan başqa, stansiyanın Rusiya seqmentindəki uçuş sistemlərinin ən az 80 faizi köhnəlmiş vəziyyətdədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru