Amerikadan açıqlama: “İraq ilə Suriyaya qayıtdığımız kimi, Əfqanıstana da qayıdacağıq”
6-09-2021, 18:41

Amerikadan açıqlama: “İraq ilə Suriyaya qayıtdığımız kimi, Əfqanıstana da qayıdacağıq”
Hurriyyet.az xəbər verir ki, amerikalı respublikaçı senator Lindsey Qraham ABŞ-ın Əfqanıstana geri çağıracağını bildirib: “İraq ilə Suriyaya geri qayıtdığımız kimi, Əfqanıstana da geri qayıdacağıq. Başqa şansımız yoxdur".
Ötən həftə son ABŞ hərbçisinin regionu tərk eləməsi ilə ABŞ-ın Əfqanıstandakı 20 illik varlığı başa çatıb. Məsələ ilə bağlı açıqlamalar verən Lindsey Qraham ABŞ ordusunun yaxın gələcəkdə Əfqanıstana geri dönə biləcəyini söyləyib.
Baydenin geri çəkilmə əməliyyatı ilə bağlı bütün tövsiyələrə məhəl qoymadığını iddia edən senator Birləşmiş Ştatların Əfqanıstana qayıtmaqdan başqa variantı olmadığını deyib: “Başqa yolumuz yoxdur, Əfqanıstana da geri qayıdacağıq”.
Qraham Vaşiqnton hakimiyyətinin “Taliban”ın de-fakto nəzarəti altında olan ölkəyə qayıtmaq ehtimalı barəsində sualın cavabında deyib: “Əvvəl-axır qayıtmağa məcbur olacağıq. Çünki terror təhdidi böyüyəcək. Bu bölgə radikal qruplaşmalar üçün cazibəli bölgədir. Əl-Qaidə terrorçuları buranı etibarlı sığınacağa çevirə bilərlər”.
Qraham bundan əvvəlki açıqlamalarında ABŞ hərbçilərini Əfqanıstandan çıxardığı üçün Prezident Cozef Baydenin istefasını tələb eləmişdi.