Əfqanıstan ABŞ-dan humanitar yardım alacaq

11-10-2021, 08:36           
Əfqanıstan ABŞ-dan humanitar yardım alacaq
Taliban rəsmiləri Qətərdə ABŞ nümayəndə heyəti ilə iki gün danışıqlar aparıblar.

Trend "Lenta.ru"ya istinadən xəbər verir ki, tərəflər ABŞ-dan Əfqanıstana humanitar yardımların çatdırılması və xeyriyyə təşkilatlarına dəstək barədə razılığa gəliblər.

Qeyd edilir ki, Taliban Əfqanıstanın alacağı yardımın "siyasi mövzularla əlaqəli olmamasını" vurğulayıb.

Əfqanıstanın yeni hökumət və ABŞ nümayəndələri diplomatik əlaqələrin inkişafı üçün səy göstərməyə, lazım gəldikdə isə, gələcəkdə oxşar görüşlərin keçirilməsi barədə müsbət qərar veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru