BƏƏ polisi bölgədə ən böyük kokain partiyasını ələ keçirib

11-10-2021, 08:58           
BƏƏ polisi bölgədə ən böyük kokain partiyasını ələ keçirib
Dubay polisi qara bazarda dəyəri 136 milyon dollardan çox olan 500 kq kokain qaçaqmalçılığının qarşısını alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə əmirlik polisinin rəsmi “Facebook” səhifəsində məlumat yer alıb.

Qeyd edilir ki, bu, bölgədə indiyədək ələ keçirilən ən böyük narkotik partiyası olub.

Təhlükəsizlik qüvvələrindən verilən məlumata görə, fakt üzrə Yaxın Şərq əyalətlərindən birinin vətəndaşı olan və “beynəlxalq cinayət sindikatında vasitəçi”lik edən bir kişi saxlanılıb. Narkotiklər dəniz limanına gələn bir yük konteynerinin üzlüyünün altında səliqə ilə gizlədilibmiş. Bununla da kokainin ölkədə daha çox yayılması nəzərdə tutulurdu.

Polis narkotikin izi ilə əməliyyatlara başlayıb və “Əqrəb” əməliyyatı çərçivəsində gecə-gündüz şübhəliləri izləyib. Şübhəli şəxs basqın və anbara baxış zamanı cinayət başında saxlanılıb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru