Ekspert: ABŞ Çinlə texnoloji mübarizə apara bilməz

11-10-2021, 09:08           
Ekspert:
ABŞ ordusunda texnoloji dəyişiklik zəifdir və Vaşinqton bu sahədə Pekinlə rəqabət apara bilməyəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin keçmiş baş proqram mühəndisi Nikolas Şayan deyib.

"15-20 il ərzində Çinlə rəqabət aparmaq şansımız olmayacaq. İndi hər şeyə qərar verildi, fikrimcə, hər şey artıq bitdi", - deyə o qeyd edib.

Keçmiş Pentaqon işçisinin dediyinə görə, Çin süni intellekt sahəsindəki uğurları sayəsində dünya hökmranlığına doğru irəliləyir.

Mütəxəssisin sözlərinə görə, Vaşinqton müdafiəyə daha çox sərmayə qoyur, lakin bunun çox hissəsi logistika üçün xərclənir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru