Tunisin Baş naziri ərəb dünyasının ilk qadın hökumət başçısı oldu

12-10-2021, 00:09           
Tunisin Baş naziri ərəb dünyasının ilk qadın hökumət başçısı oldu
Tunisin yeni Baş naziri Necla Buden Ramazan ərəb dünyasının ilk qadın hökumət başçısı olaraq adını tarixə yazdırıb.

Bu gün ölkə paytaxtındakı Karfagen sarayında təşkil edilən rəsmi mərasimdə and içərək vəzifəsinin icrasına başlayıb.

Necla Ramazanın formalaşdırdığı yeni kabinet 23 nazirdən ibarətdir.

Qeyd edək ki, xanım Baş nazir 2011-ci ildəki "Ərəb baharı”ndan sonra Tunisin sayca onuncu hökumət başçısıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru