“Microsoft”: “İranlı hakerlər ABŞ, İsrail, AB-nin müdafiə şirkətlərini təhdid edir"

12-10-2021, 08:10           
“Microsoft”: “İranlı hakerlər ABŞ, İsrail, AB-nin müdafiə şirkətlərini təhdid edir"
“Microsoft” şirkəti İranla əlaqəli hakerlərin iyuldan indiyədək ABŞ, Avropa Birliyi ölkələri və İsrailin müdafiə şirkətlərini təhdid etdiyini bildirib.

“Report” xəbər verir ki, korporasiya bu barədə öz saytında yazıb.

“Microsoft”un məlumatına görə, kiber cinayətkarları pilotsuz təyyarələr, peyklər və rabitə sistemləri ilə bağlı texnologiyalar maraqlandırır. Bu halda şirkət vurğulayıb ki, hücumların əksəriyyəti qarşısını alınmışdılar və hakerlər yalnız 20 şirkətin elektron parollarını qırmağa nail olub.

“Microsoft”da əlavə ediblər ki, həmçinin Yaxın Şərqdə bizneslə məşğul olan dəniz və yük daşımaları sahəsində bir neçə şirkətin sistemləri də təhlükə altındadır.

Korporasiya hesab edir ki, İran kommersiya peyk görüntülərinə və özünün inkişaf etməkdə olan rabitə sisteminin çatışmazlıqlarını kompensasiya etmək üçün təchizat planlarına giriş əldə etməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru