İlon Maskla Ceff Bezos arasında “atışma” – “AMAZON” RƏHBƏRİNİN PAYLAŞDIĞI STATUSA MASKIN İRONİK REAKSİYASI…

12-10-2021, 11:29           
İlon Maskla Ceff Bezos arasında “atışma” –
“Amazon” rəhbəri Ceff Bezos sosial mediada 1999-cu ilin may ayında Amazon.bomb başlığı ilə çıxan “Barron” qəzetinin üz qabığını paylaşıb.

Qafqaz.media xəbər verir ki, məqalə həmin dönəmdə “Amazon”un uğursuz bir layihə olduğunu proqnozlaşdırıb. “Dinləyin və açıq olun, amma kimsənin sizə kim olduğunuzu söyləməsinə icazə verməyin. Bu, uğursuz ola biləcəyimiz bütün yolları izah edən bir çox hekayədən yalnız biriydi. Bu gün “Amazon” tamamilə fərqli iki sənayedə inqilab edən dünyanın ən uğurlu şirkətlərindən biridir", deyə Ceff Bezos yazıb.

“Amazon” rəhbərinin məlum paylaşımına “Tesla” şirkətinin rəhbəri İlon Mask ironik reaksiya verib. Belə ki, Mask statusun altından gümüş medal şəklində bir smayl paylaşıb. Milyarder bununla “Amazon”un “Tesla”dan geridə qaldığına, yəni ancaq gümüş medal əldə edə bildiyinə işarə vurub.

Xatrıladaq ki, “Tesla”nın səhmlərinin artması fonunda Maskın sərvəti sentyabrın sonunda 200 milyard dollarlıq həddi keçib. Bundan əlavə, “SpaceX” kosmik şirkətinin dəyəri mövcud investorların səhmlərinin satışını elan etməsindən sonra 100 milyard dollardan çox olub. Nəticədə, bu, Maskı dünyanın ən varlı adamı kimi gücləndirməklə yanaşı, ikinci sırada olan Bezosla arasını da xeyli genişləndirib. Hazırda “Tesla” qurucusunun şəxsi sərvəti 222 milyard dollar, “Amazon” qurucusunun kapitalı isə 191 milyard dollar olaraq qiymətləndirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.