İraq parlamentində 97 qadın deputat təmsil olunacaq

13-10-2021, 07:43           
İraq parlamentində 97 qadın deputat təmsil olunacaq
İraqda keçirilən növbədənkənar parlament seçkiləri çox sayda qadın namizədin qələbəsilə əlamətdar olub.

Belə ki, qanunverici orqandakı 329 yer uğrunda mübarizə aparan 951 xanım namizəddən 97-si istəyinə nail ola bilib.

Bu barədə İraq hökuməti katibliyinin qadın hüquqlarının genişləndirilməsi departamentinin rəhbəri Yusra Kərim Möhsün məlumat verib. Onun sözlərinə görə, orta hesabla seçkilərdə namizədliyini irəli sürmüş hər on qadından biri Məclisdə yer qazanmağa müvəffəq olub ki, bu da müsəlman ölkəsi üçün böyük uğur sayıla bilər.

Mənbə: INA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru