Putin Navalnının həbsindən danışdı

14-10-2021, 00:00           
Putin Navalnının həbsindən danışdı
"Aleksey Navalnı həbsdə siyasi fəaliyyətinə görə deyil, cinayətə görə cəza çəkir”.

Sfera.az xarici xəbər verir ki, bunu rusiya Prezidenti Vladimir Putin "Rusiya Enerji həftəsi”nin plenar iclasında bununla bağlı suala cavabında deyib.

"Dediyiniz şəxslər siyasi fəaliyyətlərinə görə, Rusiyada işləyən xarici sahibkarlara qarşı cinayət əməllərinə görə həbsdədir. Həmin məhkumlar qanun pozuntusuna görə bundan əvvəl dəfələrlə bağışlanıblar”, - deyə Putin qeyd edib.

Qeyd edək ki, fevralın 2-də Federal Penitensiar Xidmətin tələbi ilə "İv Roşe” işi üzrə müxalifət lideri Aleksey Navalnının şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Hazırda o, Vladimir vilayətinin Pokrov şəhərindəki 2 saylı islah koloniyasında cəza çəkir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru