Niderlandda kral ailəsinin üzvləri eynicinsli nikaha girə biləcək

14-10-2021, 08:31           
Niderlandda kral ailəsinin üzvləri eynicinsli nikaha girə biləcək
Niderlandda kral taxtının varisləri taxt hüququnu itirmək qorxusu olmadan istənilən cinsdən olan insanlarla evlənə bilərlər.

Bunu Niderland Baş naziri Mark Rutte parlamentə yazdığı məktubda bildirib.

“Hökumət əmindir ki, taxt varisi eynicinsli nikaha girə bilər. Nazirlər kabineti bunun üçün taxt varisinin, yaxud kralın taxtdan imtinasını vacib bilmir”, - deyə məktubda yazılıb.

Qeyd edək ki, Niderlandda eynicinslilərin evliliyi 2001-ci ildə qanuniləşdirilib.

Mənbə: “The Guardian”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru