Yəməndə husilər bir sıra əraziləri ələ keçirib

14-10-2021, 08:11           
Yəməndə husilər bir sıra əraziləri ələ keçirib
Yəməndə husilər Marib əyalətinin mərkəzinə yaxın bir sıra əraziləri ələ keçirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, üsyançılar El-Cube rayonunun 3 kəndini ələ keçiriblər. Yəmən ordusu husilərin El-Cubenin mərkəzinə nəzarəti ələ keçirməməsi üçün müdafiəyə keçib, tərəflər arasında şiddətli döyüşlər başlayıb.

Məlumata görə, husilərin El-Cubedə yanacaqdoldurma məntəqəsini hədəfə alaraq partlatması nəticəsində bir neçə mülki şəxs ölüb və yaralanıb. Hadisənin təfərrüatları açıqlanmır.

Yəmən ordusu bir neçə saat əvvəl əyalətin mərkəzi Marib şəhərinin cənubundakı əsas yolu hərbi səbəblərdən bağladığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru