İsraildən rəsmi açıqlama: “İran açıq şəkildə bizi məhv edəcəyini deyir”

15-10-2021, 00:00           
İsraildən rəsmi açıqlama:
Dünya İranı dayandırmalı, öz nüvə proqramını inkişaf etdirməyə imkan verməməlidir.

Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid Amerikanın dövlət katibi və BƏƏ-nin xarici işlər naziri ilə Vaşinqtonda keçirdiyi görüşdə deyib.

“İsrail istənilən an və istənilən vasitə ilə hərəkətə keçmək haqqını özündə saxlayır. Bu, təkcə haqqımız deyil, həm də məsuliyyətimizdir. İran açıq şəkildə bizi məhv edəcəyini bəyan edir. Biz buna yol vermək niyyətində deyilik”, – deyə o bildirib.

Onun sözlərinə görə, iranlılar uranın zənginləşdirilməsi və atom proqramının inkişaf etdirilməsi üçün danışıqlarla vaxt qazanmaq istəyirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.