Belçikanın paytaxtında COVID ilə bağlı məcburi icazə vərəqələri tətbiq olunacaq

15-10-2021, 08:39           
Belçikanın paytaxtında COVID ilə bağlı məcburi icazə vərəqələri tətbiq olunacaq
Oktyabrın 15-də gecə yarısından etibarən Brüsseldə QR kodla olan elektron icazə vərəqəsi tətbiq olunacaq. Həmin icazə olmadan vətəndaşlar artıq kütləvi tədbirlərə, xəstəxanalara və qocalar evlərinə, restoran və barlara, idman zallarına və gecə klublarına, eləcə də muzeylərə, teatrlara və kinoteatrlara gedə bilməyəcəklər.

Trend-in məlumatına görə, bu qərar Brüssel Federal Bölgəsi hökuməti tərəfindən ölkənin yetkin əhalisinin 69%-də ən aşağı vaksinasiya səviyyəsi və Belçikanın paytaxtında yeni xəstəlik dövrü riski ilə əlaqədar olaraq verilib.

Aİ-də təsdiq olunmayan vaksinlərlə peyvənd olunan insanlar bu sənədi ala bilməyəcək və rəsmi olaraq Brüsseldə peyvənd edilməmiş sayılacaq.

Bu icazə Brüssel və onun peyk şəhərlərində 16 yaşdan yuxarı bütün şəxslər üçün məcburidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru