Rusiya alverdə artıq dost düşmən tanımır: Serbiya üçün qazın qiymətini iki dəfədən çox artırmağı düşünür

16-10-2021, 09:58           
Rusiya alverdə artıq dost düşmən tanımır:  Serbiya üçün qazın qiymətini iki dəfədən çox artırmağı düşünür
“Rəsmi Moskva qazın dəyərinin hesablanması ilə bağlı təklif etdiyi düstura əsasən yeni ildən qazın min kubmetrinin qiyməti 790 ABŞ dolları təşkil edəcəkdi. Bu isə Belqradı qane etmir”.

“Report” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib.

Mövcud müqaviləyə əsasən, Serbiya Rusiyadan mavi yanacağın hər min kubmetrini 270 ABŞ dollarından alır, müqavilə ilin sonunda başa çatır.

“Bizə təklif olundu ki, qazın 70 faizinin qiyməti birjadakı qiymətdən ibarət olsun, 30 faizi neft formuluna görə hesablansın. Onda qiymət 1000 kubmetr üçün 790 dollar olardı. Kim ödəyəcək, kim? Bu səbəbdən 25 noyabrda Putinlə (Rusiya prezidenti Vladimir Putin – Red) görüşüm çox vacibdir”, - deyə Prezident vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.