İranla nüvə razılaşmasının yenilənməsi haqqında danışıqlarda inkişafın olmaması sonsuz şəkildə davam edə bilməz.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.
“İndiyə qədər hansısa təsəlliverici fəaliyyətlərin olmasını görməmişik. Diplomatiya uğursuz olsa, ABŞ digər variantlara müraciət edəcək”, – deyə o bildirib.