Rusiya Telman İsmayılovun təhvil verilməsi üçün materialları Monteneqroya təqdim etdi

20-10-2021, 00:02           
Rusiya Telman İsmayılovun təhvil verilməsi üçün materialları Monteneqroya təqdim etdi
Rusiyanın Podqoritsadakı səfirliyi azərbaycanlı biznesmen Telman İsmayılovun və Rusiya Alkoqol Bazarının Tənzimlənməsi üzrə Federal Xidmətinin (“Rosalkoqolrequlirovanie”) sabiq rəhbəri İqor Çuyanın təhvil verilməsi üçün lazım olan materialları Monteneqro tərəfinə təqdim edib.

Teref.az xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyinə səfirlikdən bildirilib.

Monteneqro Ədliyyə Nazirliyi bundan əvvəl Telman İsmayılov və İqor Çuyanın ekstradisiyası üçün Rusiyadan lazım olan sorğunu almadıqlarını, Rusiya Baş Prokurorluğu isə ekstradisiya ilə əlaqədar Monteneqro tərəfinə sorğu göndərilməsinin hazırlığına başlanıldığını açıqlamışdı.

Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan iş adamı Telman İsmayılov Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb./APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru