İRANDA "SEPAH"ın QƏRARGAHLARINDAN BİRİNƏ HÜCUM EDİLDİ - Ordu komandanı öldürüldü

20-10-2021, 07:00           
İRANDA "SEPAH"ın QƏRARGAHLARINDAN BİRİNƏ HÜCUM EDİLDİ -
İranın "Mərkəzi" vilayətində yerləşən Xomeyn şəhərində azadlıq tərəfdarı olan bir qrup gənc "Sepah"ın Aerokosmik Qüvvələrinin bu şəhərin ətrafında yerləşən qərargahlarından birinə hücum edib.

Milli.Az bildirir ki, onlar bir neçə saatlıq qərargahı nəzarətdə saxlamağa, eləcə də çoxlu sayda silah və digər döyüş vasitələrini qənimət götürməyə nail olublar.

Bir neçə saat sonra isə həmin qərargah, yəni "Ruhullah Sepahı" yaydığı rəsmi məlumatda hadisəni təsdiq edib və qərargahın komandanı Mehdi Mükərrəminin baş vermiş atışmada öldürüldüyünü bildirib.

Məlumata əsasən, bir qrup silahlı şəxs Xomeyn şəhəri ətrafında yerləşən "Sepah" qərargahlarından birinin silah deposuna hücum edib. Nəticədə tərəflər arasında atışma baş verib və həmin əsnada qərargahın komandanı Mehdi Mükərrəmi güllə yarası alaraq ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru