BMT təmsilçisi İlon Maskdan 1 günlük qazancını istədi: "İlon Mask, siz təkcə dünən 6 milyard dollar qazandınız - bu, fəlakətin qarşısını almaq üçün lazım olan məbləğdir.."

20-10-2021, 07:13           
BMT təmsilçisi İlon Maskdan 1 günlük qazancını istədi:
Devid Bizli “Twitter” səhifəsində amerikalı sahibkardan xahiş edib

BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bizli aclıq təhlükəsi və onun bəşəriyyət üçün təhlükəsi ilə mübarizə məqsədilə “Tesla” və “SpaceX” kompaniyalarının banisi İlon Maskdan 6 milyard dollar istəyib.

AYNA xarici mediaya istinadən bildirir ki, Devid Bizli özünün “Twitter” səhifəsində amerikalı sahibkara müvafiq xahişlə müraciət edib.

“Bu il 42 milyon insan aclıq astanasına çatıb. Misli görünməmiş qlobal böhran COVID-19 pandemiyası səbəbindən kəskinləşib. Buna cavab verməsək, bizi aclıq, qeyri-sabitlik və kütləvi miqrasiya gözləyir. İlon Mask, siz təkcə dünən 6 milyard dollar qazandınız - bu, fəlakətin qarşısını almaq üçün lazım olan məhz həmin məbləğdir! Xahiş edirəm, kömək göstərin!”, - deyə Bizli qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.