Çinlə İranın maraqları burada toqquşur - Kortunov

20-10-2021, 09:26           
Çinlə İranın maraqları burada toqquşur - Kortunov
Moskva formatında iştirak edən ölkələr Əfqanıstanda baş verən hadisələrə fərqli reaksiya verirlər və Rusiyanın paytaxtında keçirilən görüşdə mövcud vəziyyətə ümumi yanaşmalar tapmağa çalışacaqlar.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Beynəlxalq Şurasının baş direktoru Andrey Kortunov çıxış edib.

"Hazırda vəziyyətdən danışsaq, Moskva formatında olan ölkələrin Əfqanıstandakı vəziyyətə yanaşmalarının fərqli olduğunu görürük. Məsələn, Çin və İranın mövqelərini aydın səbəblərə görə fərqlidir: Çin İranla müqayisədə Əfqanıstanda baş verənlərə daha nikbin baxır. Mərkəzi Asiya dövlətlərindən danışsaq, Özbəkistan və Tacikistan arasındakı yanaşmalarda açıq bir fərq görürük. Əfqanıstanın sərhədlərinə və ya etnik tərkibinə baxın. Başlanğıcda fərqli mövqelər var - məsələn, Əfqanıstanda inklüziv hökumət Özbəkistana nisbətən Tacikistan üçün daha vacibdir... Ümumi yanaşmalar tapmağa çalışırıq", - Kortunov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru