Səudiyyə Ərəbistanı Pakistana maliyyə köməyini bərpa edir

28-10-2021, 08:43           
Səudiyyə Ərəbistanı Pakistana maliyyə köməyini bərpa edir
Səudiyyə Ərəbistanı Pakistana maliyyə köməyini bərpa edəcək. Bu barədə oktyabrın 27-də «Dawn.com» nəşri xəbər verib.

Köməyə depozit formasında 3 milyard dollara yaxın vəsait və 1,2-1,5 milyard dolları möhlətli odəmə ilə neft tədarükü daxildir.

Xəbər verilir ki, bu barədə razılıq Pakistanın Baş naziri İmran Xanın Səudiyyə Ərəbistanına səfəri zamanı əldə olunub. Səfər bu həftə reallaşıb.

Saziş barədə məlumatı İnformasiya naziri Favad Çaduri təsdiqləyib.

Bundan əvvəl xəbər verilmişdi ki, Pakistan Səudiyyə Ərəbistanından investorlar cəlb edir.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru