Çin Rusiya şirkətlərindən dəniz məhsulları almağı dayandırıb

28-10-2021, 07:49           
Çin Rusiya şirkətlərindən dəniz məhsulları almağı dayandırıb
Çin gömrüyü dondurulmuş balıq qutularında yeni koronavirus aşkarlanması səbəbilə iki Rusiya şirkətindən dəniz məhsulları almağa müvəqqqəti qadağa qoyub. Bu barədə oktyabrın 27-də TASS agentliyi xəbər verib. Xəbər ÇXR Baş Gömrük İdarəsinə istinadla yayılıb.

Söhbət «Eglaine Mercury» balıqçı gəmisinin və «Zarya LLC» istehsalat idarəsinin məhsullarından gedir.

İdarənin xəbərində göstərilir ki, bu şirkətlərdən Çinə idxal edilmiş bir neçə partiyadan olan iki qutudakı dondurulmuş qorbuşa balığında koronavirus aşkar olunub.

Beləliklə, ÇXR-da qəbul olunmuş qaydalara uyğun olaraq, gömrük bir həftəliyə bu şirkətlərdən məhsul idxalı üçün bəyannamə qəbul etməyi dayandırıb.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru