ABŞ Şimali Koreyayayeni sanksiyalar tətbiq etdi

17-03-2016, 09:55           

ABŞ Şimali Koreyaya yeni sanksiyalar tətbiq edib.

teref.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Coş Ernest məlumat verib.

O bildirib ki, prezident Barak Obama sanksiya ilə bağlı sərəncam imzalayıb. Qərar ABŞ-ın Şimali Koreyanın nüvə sınaqlarına cavabıdır. Yanvarın 6-da və fevralın 7-də Şimali Koreya özünün ballistik raketini sınaqdan keçirmişdi.

Sanksiyalara əsasən, Şimali Koreya hökumətinin və bu ölkənin Əmək Partiyasının ABŞ-dakı istənilən mülkiyyəti "bloklanır", aktivləri dondurulur. Eyni zamanda ABŞ vətəndaşlarına bu ölkəyə sərmayə qoymaq, mal satmaq və ya oradan mal almaq qadağası qoyulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru