"Google" süni intellektlə Yerin şəklini yenidən yaradır

Bu gün, 17:54           
"Google" süni intellektlə Yerin şəklini yenidən yaradır
Yerin 75 ildir kosmosdan foto və video kamerlarla görüntülənməsinə baxmayaraq, planetimizin tamamilə güncəl bir görüntüsünün əlimizdə olmaması səbəbindən "Google" bu görüntünü süni intellekt (AI) vasitəsilə yenidən yaratmaq qərarına gəlib.

Valyuta.az xəbər verir ki, "Google" "AlphaEarth" süni intellekti ilə Yerin şəklini yenidən yaradır

"Google" peyk və digər mənbələrdən görüntü və ölçmə məlumatları götürərək quru səthlərin və suların dəqiq və güncəl rəqəmsal təsvirlərini yarada bilən "AlphaEarth" Foundations adlı yeni süni intellekt modelini təqdim edib.

Alim və tədqiqatçılar "AlphaEarth" sayəsində su çatışmazlığı, meşələrin azalması və məhsulun sağlamlığı kimi problemləri izləyə biləcək.

"Google" "AlphaEarth"in süni intellekt modelləşdirməsinin artıq faydalı olduğunu bildirir. "Google DeepMind" bloqunda çərşənbə günü dərc olunan bir yazıda deyilir: "Tərəfdaşlarımız məlumatdan xəritələnməmiş ekosistemləri daha yaxşı təsnif etmək, kənd təsərrüfatı və ətraf mühit dəyişikliklərini başa düşmək və xəritəçəkmə işlərinin dəqiqliyini və sürətini əhəmiyyətli dərəcədə artırmaq üçün istifadə edərək əhəmiyyətli faydalar əldə edir".

"Google" "AlphaEarth"in həmçinin bu kadrlardan hər biri üçün "sınadığımız digər süni intellekt sistemlərinə nisbətən 16 dəfə az saxlama sahəsi tələb edən və planet miqyasında analiz xərclərini əhəmiyyətli dərəcədə azaldan xülasələr" yaratdığını bildirib.

Peyklər hər gün qiymətli məlumatlar təqdim edir, lakin bütün bu məlumatlar peyk, radar, simulyasiyalar və lazer xəritəçəkmə kimi üsullarına və güncəllik dərəcələrinə görə fərqlənir. "AlphaEarth" isə bütün bu məlumatları birləşdirəcək və insan gözü ilə daha aydın seçilə biləcək 10x10 metr kvadratlıq aydın görüntülər yaradacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru