Fatih Terim yenidən məşqçiliyə qayıdır

Bu gün, 07:54           
Fatih Terim yenidən məşqçiliyə qayıdır
"Qalatasaray"ın və türk futbolunun simvolu olan Fatih Terim qısa fasilədən sonra məşqçiliyə qayıtmağa qərar verib.

"TGRT Haber" xəbər verir ki, "Qalatasaray"dan ayrıldıqdan sonra Yunanıstanda "Panatinaikos" və Səudiyyə Ərəbistanında "Əş-Şabab"ı çalışdıran Fatih Terim məşqçilik karyerasını davam etdirmək qərarına gəlib.

71 yaşlı məşqçinin növbəti dayanacağı Yaxın Şərq olacaq. Birləşmiş Ərəb Əmirliklərində bir komandanın baş məşqçisi olacaq Terim bu gün görüş üçün Dubaya gedəcək.

Onun BƏƏ-nin hansı klubu ilə müqavilə imzalayacağı hələ bəlli olmasa da, Fatih Terimin yenidən Yaxın Şərq klubuna rəhbərlik edəcəyi, demək olar ki, dəqiqdir.

Qeyd edək ki, "İmperator" ləqəbli təcrübəli məşqçi karyerasında ilk dəfə Birləşmiş Ərəb Əmirlikləri liqasında çıxış edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru