Şəhərin mərkəzində sakinlər qorxu içində yaşayırlar VİDEO

Bu gün, 17:44           
Şəhərin mərkəzində sakinlər qorxu içində yaşayırlar  VİDEO
Paytaxtın Yasamal rayonu, Balababa Məcidov küçəsində uzun müddətdir ki, təhlükə hökm sürür. Sakinlərin sözlərinə görə, bu ərazi narkotik istifadəçiləri və tüfeyli həyat tərzi sürənlərin məkanına çevrilib.

"Biz bu ərazidə işləyirik. Hər gün görürük ki, oğlanlar və qızlar hasardan adlayıb yarımtikiliyə gəlir, narkotik istifadə edirlər", - deyə sakinlərdən biri söyləyib.

Digər bir vətəndaş isə belə deyib:

"Burada narkoman çoxdur. Əsasən də bizim binada. Bu, çox utancvericidir". Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

Həmin şəxslər müəyyən olunublar. Əvvəllər də məhkum olunan - Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru