İranlı iqtisadçı Zəngəzur dəhlizi ilə bağlı professorun iddiasına reaksiya verdi
Bu gün, 00:01
Tehran Universitetinin professoru Mərcan Bədii Zəngəzur dəhlizi ilə bağlı mübahisəli açıqlaması ilə gündəmə gəlib. O, iddia edib ki, əgər Zəngəzur dəhlizi reallaşarsa və Ermənistan marşrutu bağlanarsa, İranın Avropaya çıxışı üçün alternativ marşrut qalmayacaq. Sosial mediada geniş yayılmış bu bəyanata cavab olaraq, tanınmış iqtisadçı ekspert Əlirza Salavati “X” hesabında paylaşım edərək sərt reaksiya verib. O, açıqlamasında bildirib: “Mən xanım Mərcan Bədiini tanımıram, amma onun Zəngəzur dəhlizi barədə dedikləri cəfəngiyatdır. İran gömrüyünün rəsmi rəqəmlərinə görə, son 20 ildə İranın ixrac və tranzitinin 90%-i Azərbaycan Respublikasının limanları və yolları vasitəsilə gerçəkləşib, Ermənistan marşrutu isə qaçaqmalçıların sevimli yolu olub!” Джавид Дамирли TEREF