Netanyahunun oğlu aranı qarışdırdı: Onu Hitlerə, anasını Göbbelsə bənzətdi

Bu gün, 07:34           
Netanyahunun oğlu aranı qarışdırdı: Onu Hitlerə, anasını Göbbelsə bənzətdi
İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu daha bir qalmaqallı açıqlama verib.

Publika.az xəbər verir ki, o, İsrail və HƏMAS arasında vasitəçi kimi xidmət edən Qətəri hədəf alıb.

Yair Netanyahu sosial şəbəkədəki paylaşımında Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tanini Adolf Hitlerə, anası Moza bint Nasseri isə nasist Almaniyasının təbliğatçısı Cozef Göbbelsə bənzədib:

"Qətər 1930-1940-cı illərdən bəri görünməyən antisemitizm dalğasının arxasında duran əsas gücdür. Qətər bugünkü nasist Almaniyasıdır. Qətərin yəhudilərə qarşı onilliklər boyu davam edən qarayaxma kampaniyası və bu kampaniyaya milyardlarla dollar maliyyə dəstəyi verməsi səbəbindən dünyadakı bütün yəhudilər ciddi təhlükə altındadır. Qətər əmiri Əl Tani və anası Moza bint Nasser günümüzün Hitler və Göbbelsdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru