"Çinlə həm əməkdaşlıq, həm də qarşıdurma elementləri var" - ABŞ dövlət katibi

13-11-2021, 07:23           
"Çinlə həm əməkdaşlıq, həm də qarşıdurma elementləri var" -
Çin iqlim böhranının aradan qaldırılmasında fəallıq nümayiş etdirir. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Qətərin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə birgə mətbuat konfransında deyib.

"BMT-nin İqlim Dəyişikliyi Konfransından sonra Çin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu, nəinki Çin vətəndaşlarının, eləcə də bütün dünya xalqlarının maraqlarına cavab verir", - dövlət katibi əlavə edib.

Blinkenin sözlərinə görə, ABŞ və Çin arasında münasibətlərdə həm əməkdaşlıq, həm də qarşıdurma elementləri var.

Onun fikrincə, iqlim böhranının aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanması konstruktiv şəkildə həll edilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru