Fransa prezidentinin iqamətgahında zorakılıq faktı ilə bağlı cinayət işi başlayıb

13-11-2021, 08:45           
Fransa prezidentinin iqamətgahında zorakılıq faktı ilə bağlı cinayət işi başlayıb
Fransanın paytaxtı Parisin 8-ci bölgəsində, ölkə Prezidentinin iqamətgahında qadın hərbi qulluqçu Yelisey Sarayında kişi hərbçi tərəfindən zorakılığa məruz qalması iddiası ilə polis bölməsinə müraciət edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, faktla bağlı təhqiqat başlanıb, cinayət işi açılıb.

Zorakılığa məruz qaldığını iddia edən qadın şikayət ərizəsində bunun sarayda baş verdiyini bildirib.

Hadisənin baş verdiyi otaqda məxfi sənəd və faylların olması səbəbindən gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb və təhqiqat başlayıb.

İstintaqı aparan təhqiqatçı zorakılıqda təqsirləndirilən hərbçini şahid kimi qəbul edib.

Yelisey Sarayından “France Info”ya hazırda davam edən araşdırmalarla bağlı heç bir şərh verilməyib.

Qeyd edilir ki, hadisə ilə bağlı ədliyyə və səlahiyyətli orqanlara məlumat verildikdən sonra lazımi tədbirlər görülüb, cinsi zorakılığa məruz qalan şəxs dinlənilib və dəstək verilib. Həmin qadının saraydan çıxarılaraq başqa vəzifəyə təyin edildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru