Tiflis mitinqlərə güc tətbiq etsə... - Sakvarelidze

13-11-2021, 09:13           
Tiflis mitinqlərə güc tətbiq etsə... - Sakvarelidze
Gürcü müxalifəti maksimum diqqət çəkmək üçün aksiyalarda insanların sayına deyil, aksiyanın özünün keyfiyyətinə köklənib.

Axar.az xəbər verir ki, bu sözləri gürcü politoloq Ramaz Sakvarelidze deyib.

“Böyük aksiyalarda xeyli sayda insan toplamaq lazımdır ki, bu da indiki halda çətindir. Kiçik aksiyalarla diqqət çəkmək asandır. Əgər hakimiyyət reaksiya verməsə, düşünürəm ki, müxalifət effektivliyi saxlaya bilməyəcək. Nadir hallarda uzunmüddətli aksiyalar nəticə verir”, - ekspert bildirib.

Onun sözlərinə görə, hakimiyyət bir tərəfdən səhv etməməyə, digər yöndən isə status-kvonu qorumağa çalışır:

“Güc tətbiqi insanlara təsir edə və etirazçı kütlənin sayını artıra bilər. Əgər hakimiyyət tərəfindən səhv buraxılsa, etiraz dalğası yenidən canlanacaq”.

Qeyd edək ki, gürcü müxalifəti paytaxt Tiflisdə Saakaşvilinin azadlığı tələbi ilə aksiyaları davam etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.