Gürcülər yenidən Tbilisi küçələrinə axışıblar - MİTİNQ BAŞLADI - VİDEO
14-11-2021, 00:09
Gürcüstan müxalifəti paytaxt Tbilisidə etiraz aksiyası keçirir.
Bizim.Media xəbər verir ki, həbs edilən keçmiş prezident Mixeil Saakaşviliyə azadlıq tələbi ilə keçirilən aksiya Vahid Milli Hərəkat Partiyası tərəfində təşkil edilib.
Parlamentin binası qarşısına toplanan müxaliflər sabiq prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsini də tələb edirlər.
Xatırladaq ki, oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə saxlanılan M.Saakaşvili keçirdiyi aclıq aksiyası səbəbi ilə noyabrın 8-də Qldani penitensiar xəstəxanasına yerləşdirilib.